• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 13.02.2024 16:00

Malıbəyli kəndi doğma sakinlərini qarşılamağa hazırlaşır

KepezTV Player

Azərbaycanın işğaldan azad olunan bütün əraziləri kimi Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Malıbəyli kəndi 32 il əvvəl didərgin düşmüş doğma sakinlərini bu il qoynuna almağa hazırlaşır. Hazırda Malıbəyli kəndidə 123 fərdi evdə və çoxmənzilli yaşayış binalarında bərpa-tikinti işləri aparılır. Kəndin ərazisində həmçinin təmizlik-abadlıq işləri də davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.