• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 13.02.2024 13:44

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edəcək

KepezTV Player

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair bütün sənədlərin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etdiyi bildirilib.  Seçkilərin qanunvericiliyə uyğun keçirildiyi qeyd edilib, İlham Heydər oğlu Əliyevin səslərin 92,12 faiz səsini toplayaraq qalib olduğu vurğulanıb. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər azad, demokratik və şəffaf şəkildə keçirilib. Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.