Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən Morse Micro şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsi mövzusunda rekorda imza atıb. Siqnalın maksimal uzaq məsafəyə ötürülməsində yeni növ çipdən və kommersiya standartlı rabitə texnologiyasından istifadə edilib. IEEE 802.11ah protokolu Wi-Fi HaLow kimi də tanınır. Bu protokol 900 MHz tezlikdə çalışır. Bunun sayəsində o, daha az enerji sərfiyyatına və siqnalın daha uzaq məsafəyə ötürülməsi imkanına sahibdir.
Məlumata əsasən aparılmış təcrübə çərçivəsində Wi-Fi siqnalını 2.9 km məsafəyə ötürmək mümkün olub. Bununla belə şəbəkə bağlantısının sürəti saniyədə 1 Mbit təşkil edib. Bu cür rekord göstərici aşağı enerji sərfiyyatına sahib MM6108 Wi-Fi HaLow çipinin testi çərçivəsində əldə edilib. O artıq Wi-Fi Alliance təşkilatı və ABŞ Federal Rabitə Komissiyası tərəfindən sertifikatlaşdırılıb. IEEE 802.11ah protokolunun üstünlükləri hesabına sözügedən çip IoT (Internet of Things) cihazlarda istifadə edilə bilər. Lakin çipin kommersiya məqsədli məhsullara nə zaman inteqrasiya ediləcəyi bilinmir.
- Baxış: 227