KepezTV Player
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İttifaqın Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Missiyanın Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. "Binokl diplomatiyası”nın fəallığı narahatlıq doğurur. Missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki missiya kimi fəaliyyət göstərməsi, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün lazımi tədbirlər görməyə dair İttifaqına ciddi şəkildə çağırış edilib.
- Baxış: 110