• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 12.02.2024 09:59

Snapdragon 8 Gen 4 prosessorlu smartfonlar daha baha qiymətə satılacaq

Çinin Weibo adlı sosial şəbəkəsində Qualcomm-un son 9 il ərzində olmuş flaqman prosessorlarının qiymətlərini özündə birləşdirən foto ortaya çıxıb. Fotodan da görmək olar ki, Qualcomm hər il öz yeni flaqman prosessorunun qiymətini qaldırır. Fotoya əsasən ən güclü qiymət yüksəlişi 2020-ci ildə təqdim edilmiş Snapdragon 888 prosessorunda yaşanmışdı. Belə ki, şirkət smartfon istehsalçılarına bu prosessoru 142$-a satırdı. Ondan əvvəlki Snapdragon 865 isə smartfon istehsalçılarına 84$-a başa gəlirdi.

2022-ci ildə təqdim edilmiş Snapdragon 8 Gen 2 (161$) ilə keçən ilki Snapdragon 8 Gen 3 (194$) arasında böyük olmasa da yenə də qiymət fərqi var. Burdan da belə qənaətə gəlmək olar ki, bu il təqdim olunacaq Snapdragon 8 Gen 4 prosessorunda qiymətlə bağlı vəziyyət dəyişməyəcək. Lakin yeni prosessorun qiymətində nə qədər artım olacağı məlum deyil. Məlum olan odur ki, prosessorun qiymətində artım onun vasitəsilə çalışacaq smartfonların da qiymətində artıma səbəb olacaq.