• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 10.02.2024 20:03

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

KepezTV Player

Tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Kobaxidzeyə ünvanlanan təbrik məktubunda bildirib.