• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 10.02.2024 20:00

Xocavənddə xəsarət alan şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

KepezTV Player

Xocavəndin Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində Tovuz sakini 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu sağ əlindən xəsarət alıb. Hadisə Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib. Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayının 345-ə çatdığını açıqlayan ANAMA vətəndaşları bir daha təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.