• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 08.02.2024 15:42

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb

KepezTV Player

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, Elsun Əhmədovun yüngül cəzanın təyin olunması müqabilində külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün 21 dekabr 2023-cü ildə səlahiyyət müddəti uzadılmayıb.