• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 07.02.2024 19:46

Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb

KepezTV Player

Növbədənkənar prezident seçkiləri üzrə Azərbaycanın Pakistandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqədə səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb. Diplomatik nümayəndəlikdən verilən məlumata görə, səfirlikdə yaradılan məntəqədə Pakistanda yaşayan Azərbaycan vətəndaşları ilə yanaşı, müxtəlif səbəblərdən bu gün İslamabadda olan səsvermə hüququna malik seçicilər də səs veriblər. Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilib.