• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 07.02.2024 18:22

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri səs veriblər

KepezTV Player

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs veriblər. Parisdə təlim-məşq toplanışında iştirak edən cüdoçular səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər. Parisdəki seçki məntəqəsində Fransada yaşayan və müvəqqəti ezam olunan Azərbaycan vətəndaşları da iştirak edirlər.