KepezTV Player
Növbədənkənar prezident seçkilərində "Kəpəz" futbol klubunun üzvləri də fəal iştirak ediblər. Gəncə təmsilçisinin əsas komandasının məşqçilər korpusu və futbolçuları öz konstitusiya hüquqlarından istifadə edərək səsvermə prosesindən yararlanıblar. "Sarı-göylər"in baş məşqçisi Adil Şükürov və köməkçiləri, həmçinin komandanın yarımmüdafiəçiləri - Tural Rzayevlə Əli Səmədov layiq bildikləri namizədə səs veriblər. Onlar 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində seçimlərini ediblər.
- Baxış: 79