KepezTV Player
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyası katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 15:00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6515-dir. Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 71,25 % olub. Seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08 % olub.
- Baxış: 69