• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 07.02.2024 15:26

Sakinlər həvəslə seçkilərdə iştirak edirlər

KepezTV Player

Növbədənkənar prezident seçkiləri Göygöldə də yüksək seçici fəallığı ilə davam edir. Rayon sakinləri səsvermə başlayandan seçki məntəqəsinə gələrək, istədikləri namizədə səs verirlər. 

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsi üzrə 1 saylı seçki məntəqəsinin həyətində əsl bayram ab-havası hiss olunub. Səsvermə hüququndan isitifadə etmək üçün məntəqəyə üz tutan seçicilər vətənpərvərlik ruhunda səsləndirilən mahnıların ahəngində seçim ediblər. Seçki məntəqəsində 1018 seçici siyahıya alınıb. 

Cəmilə Vəliyeva- 100 saylı DSK-nın 1 saylı MnSK-nın sədri: “Seçicilərimiz gəlirlər, səs verirlər. Hamı necə lazımdır, fəal iştirak edir. Yəqin ki, hər şey yaxşı ötüşəcək və İnşallah, seçkimiz uğurla başa çatacaqdır”.

Sona Vəliyeva- müşahidəçi: “Seçkinin tam şəffaf keçdiyinin şahidi oluruq. Demokratik və düzgün şəkildə keçirilən seçkinin şahidiyik. Hər kəsin könüllü olaraq öz namizədinə səs verməsinin şahidi oluruq”.

Ziyafət Əliyeva- seçici: “Hər şey normal keçdi. Sakitçilikdir. Hamı öz səsini verdi. Biz çox sevinirik ki, bu rayonda yaşayırıq. Hər şey öz qaydasında gedir. Hər şeydən çox razıyıq”.

100 saylı dairə üzrə Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarını əhatə edən 101 seçki məntəqəsi yaradılıb. Bunlardan 51-i Göygöl,  44-ü Daşkəsən, 3-ü Kəlbəcər rayonunu əhatə edir. 3 məntəqə isə hərbi hissələrdə yaradılıb. Seçki dairəsinin sədri İftixar Hüseynovun sözlərinə görə bütün məntəqələrdə seçkinin azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb.

Dairə seçki komissiyasından verilən son məlumata görə hər hansı qanunun pozuntusu və şikayətlə əlaqədar müraciət qeydə alınmayıb.

Ramin Paşayev