Növbədənkənar Prezident seçkiləri Goranboyda da yüksək seçici fəallığı ilə davam edir. Mərkəzi seçki komissiyasının 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin Goranboy rayonu üzrə 12 açıq, 1 qapalı məntəqəsi var. Dairənin rayon üzrə 11652 nəfər seçicisi qeydiyyata alınıb. Onlardan 698 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edir. Yaşı 100-dən çox olan 2 seçici var. Bundan başqa məntəqələrdə veb-kameralar quraşdırılıb və seçki prosesini canlı izləmək üçün müşahidəçilər prosesə cəlb olunub. 41 saylı seçki dairəsinin 38 saylı seçki məntəqəsində 1338 nəfər seçici siyahıya alınıb. Səhər saatlarından rayon sakinlərinin seçkidə iştirakı ilə bağlı hər hansı neqativ hal yaşanmayıb. Onların sərbəst şəkildə öz istədiyi namizədə səs verməsi təmin edilib.
- Baxış: 70