KepezTV Player
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyası katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 12:00-a qədər respublika üzrə 2 499 033 nəfər səs verib. Seçici fəallığı 38,57 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6499-dür.
- Baxış: 67