• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 07.02.2024 11:42

205 min 216 nəfər seçicinin prezident seçkilərində iştirakı gözlənilir

KepezTV Player

"Bu gün ölkəmizdə növbədən kənar prezident seçkiləri keçirilir. Gəncə şəhər 38 saylı birinci seçki dairəsinin 8 saylı məntəqəsindəyik. Məntəqənin qarşısında seçicilər yığılıb və seçicilər fəallıq nümayiş etdirir. Məntəqəyə gələn seçicilər öz layiqli namizədlərinə səs verəcəklər".
Məntəqəyə daxil olan seçicilərin barmaqları xüsusi cihazla yoxlanıldıqdan sonra onlar şəxsiyyətlərini təstiq edən sənədlərini məntəqə üzvlərinə təqdim ediblər. Qeydiyyat aparıldıqdan sonra seçki bulutenlərini götürüb kabinələrə daxil olurlar. İsdədikləri namizədlərə səs verən seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər. 
Ümumilikdə Gəncədə 4 dairə seçki komissiyası fəaliyyət göstərir. Bu dairə seçki komissiyaları üzrə 205 min 216 nəfər seçicinin qeydiyyata alınıb.  

 Elnur Rzayev