• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 07.02.2024 09:06

Müstəqillik tarixinin 9-cu prezident seçkisi

KepezTV Player

Azərbaycanda Prezident seçkiləri — ilk dəfə 1991-ci il sentyabrın 8-də baş tutub. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra keçirilib. Seçkilərdə bir namizəd mübarizə aparırdı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçilib.
1992-ci il iyunun 7-də keçirilmiş növbəti seçkilərdə Əbülfəz Əliyev Prezident seçilib. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak edib. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçilib.
1993-cü ildə Azərbaycan ərazisində 3-cü prezident seçkiləri baş tutdu. Seçkilərdə üç namizəd mübarizə apardı. Seçici fəallığının 97.60 % olduğu səsvermədə, Heydər Əliyev səslərin 98.80 % toplayaraq 5 il müddətinə Azərbaycan Prezidenti seçilib.
1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak edib ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79,18 faizini təşkil edib. Seçicilərin 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Heydər Əliyevə səs verib. H.Ə.ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan ərazisində beşinci dəfə Prezident seçkiləri baş tutdu. Seçkilərdə 8 nəfər dövlət başçısı postu uğrunda mübarizə aparıb. Səsvermənin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçilib.
Ölkə ərazisində növbəti prezident seçkiləri 2008-ci ildə keçirilib. Bu Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilər olub. 15 oktyabrda reallaşan seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i - 3,700,634 nəfər iştirak edib. Seçkilərdə prezident İlham Əliyev seçicilərin 87,34% səsini qazanaraq qalib gəlib və ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər olub. Seçkilər oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub.
Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə ölkə ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri Qanuna əsasən oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi. 8 namizədin mübarizə apardığı seçkilərin nəticəsinə əsasən YAP-ın namizədi olan dövlət başçısı İlham Əliyev səslərin 86,02%-ni toplayaraq növbəti müddətə Azərbaycan prezidenti seçildi.