KepezTV Player
İşğaldan azad olunan Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib.
İşğaldan azad olunan Şuşa şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir. Şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.
- Baxış: 130