• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 07.02.2024 09:01

Smartfonlar şarjı “havadan yığacaq”

Finlandiya alimləri qadcetlərin enerji ilə doldurulması prosesini xeyli asanlaşdıracaq texnologiya hazırlayıblar. Məlumata əsasən, bir qrup fin alimi elektrik enerjisinin təmassız şəkildə ötürülməsində mühüm irəliləyiş əldə edib. 

Tədqiqatçılar elektrik enerjisini 18 sm məsafədə 7,2 sm olan bir rulondan digərinə ötürə biliblər. Ötürülmə səmərəliliyi 80% təşkil edib. İlk baxışdan elə görünə bilər ki, 18 sm o qədər də çox deyil. Əslində, söhbət əsl sıçrayışdan gedir. Bazarda olan simsiz şarj cihazları induksiya pad ilə doldurulan qadcetin fiziki təmasını təmin edir. Mütəxəssislərin fikrincə, bu səbəbdən simsiz enerji doldurmanın tətbiqi prosesi çox ləng gedir.

Simsiz şarj cihazları ilə bağlı əsas problem ondan ibarətdir ki, induksiya sahəsi ilə doldurulan qadcet arasındakı məsafə artdıqca simsiz şarjın effektivliyi azalmağa başlayır. Finlandiya alimləri uzun məsafələrə enerji ötürülməsinin səmərəliliyini artıra bilən təmassız enerji doldurmanın dinamik nəzəriyyəsini işləyib hazırlayıblar. Tədqiqatçıların fikrincə, tezliklə insanlar artıq smartfonlarını enerji ilə doldurmaqdan narahat olmayacaq. Çünki istifadəçilər öz işləri ilə məşğul olarkən onlar elektrik enerjisini “havadan” alacaqlar.