• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 06.02.2024 11:28

Bakıya külli miqdarda narkotik gətirmək istəyənlər saxlanılıblar

KepezTV Player

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayondan paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanılıblar. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və həmkəndlisi, əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayev tutulublar. N.Əmədullayevin əlindəki çantadan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla sözügedən narkotik vasitənin pul müqabilində Bakı şəhəri ərazisinə çatdırılmaq üçün şəxsiyyəti istintaqla araşdırılan və xaricdə yaşayan narkotacir vasitəsilə əldə olunduğu müəyyən edilib. 

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.