Gəncədə yerləşən 123 saylı Kəlbəcər seçki dairəsi üzrə 64 məntəqə respublikanın 46 şəhər və rayonunda yerləşir. Bu məntəqələrdən 10-nu Gəncə və ətraf rayonlarında yaradılıb. 55 min 572 seçicinin qeydiyyata alındığı dairə üzrə rayon sakinlərindən 52 faizini kişi, 48 faizini qadınlar təşkil edib. Növbədənkənar prezident seçkilərində iştirak etmək üçün Kəlbəcərdən 10 nəfər 100 yaşdan yuxarı, eləcə də 1286 nəfər isə 80-100 yaş arası seçici siyahıya alınıb. Həmçinin seçicilərdən səsvermə günü 18 yaşı tamam olan 163 nəfər, ilk dəfə səs verənlərin sayı isə 5131 nəfərdir.
Adil Murtuzayev- 123 saylı DSK-nın sədri: “Kəlbəcər şəhərində ilk dəfə olaraq iki seçki məntəqəsi yaradılmışdır. Bu seçki məntəqəsinin də yaradılmasında məqsəd, Kəlbəcər rayonunda işləyən Azərbaycan Respublikasının vətəndaşları olanların seçki hüquqlarının bərpa edilməsidir. Demək olar ki, bütün məntəqələrimiz səsverməyə hazırdır”.
Vüsalə Cənnətova
- Baxış: 98