KepezTV Player
Tovuzda Qədirli kənd sakini 10 yaşlı Yusif İsmayılov dünən yüksək hərarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb. Bu gün yenidən onun hərarəti 39 dərəcəyə yüksəlib. Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.
- Baxış: 166