• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 05.02.2024 15:57

Qarabağ iqtisadi rayonunda bərpa işləri

KepezTV Player

Böyük Qayıdış çərçivəsində indiyədək 1360 ailə, 5354 nəfər doğma yurdlarına köçürülüb. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə həm köç, həm də tikinti-bərpa işləri yüksək sürətlə davam edir. Bu barədə Qarabağ iqtisadi rayonunda bərpa, tikinti və idarəetmə xidmətinin şöbə müdiri Leyla Sarabi deyib. Hazırda Ağdamda 3 kəndin tikintisi aparılır. Burada ilkin mərhələdə fərdi evlər tikilir. Tikintidə Şahbulaq yatağında istehsal olunan mişar daşlarından istifadə olunur. Ağdamda inzibati mərkəzin, mərkəzi parkın və meşə parkının tikintisi də nəzərdə tutulur. Həmçinin Suqovuşan qəsəbəsində ilk yaşayış kompleksinin tikintisinə başlanılıb. Hazırda 5 ədəd 5 mənzilli binanın tikintisi baş tutmaqdadır.
Leyla Sarabi- Xidmətin şöbə müdiri: "Mənzildən ibarət olacaq bu binalara ikitərəfli giriş-çıxış da olacaq. Binalar hazır olduqdan sonra burada yaşıllıq zonası salınacaq. Seyrangah və uşaqlar üçün istirahət mərkəzi də olacaq. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerjinin istifadəsinə də böyük yer ayrılacaq, həmçinin Ağdamda alternativ enerji mənbələrindən istifadə olunacaq - fərdi yaşayış evlərinin, iaşə obyektlərinin üzərində solar panellər qurulacaq, həmçinin parklarda, yollarda işıqlandırma dirəkləri solar panellər vasitəsilə olacaq".