• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 05.02.2024 15:54

MDB Müşahidə Missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək

KepezTV Player

MDB Müşahidə Missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək. Bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev deyib. O, Missiya Qərargahının rəhbərliyi ilə 8 müşahidəçinin Azərbaycanın regionlarına səfər etdiyini, dairə seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin yaradılması ilə tanış olduğunu bildirib.

Ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib
Növbədənkənar prezident seçkiləri üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Seçicilərin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bunu isə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşündə söyləyib. MSK sədri bütün məntəqələrin lazımi avadanlıqlarla təchiz olunduğunu da diqqətə çatdırıb.