• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 05.02.2024 12:17

Ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

KepezTV Player

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub. Nəticədə 5 nəfər - 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.