• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 05.02.2024 09:27

“Kəpəz” FM 11 yaşını qeyd edir

KepezTV Player

Bu gün bölgənin ilk eşidilən səsi - “Kəpəz” FM 11 yaşını qeyd edir. Azərbaycanın ilk regional radio kanalı olan “Kəpəz” 2013-cü ilin 5 fevralında Gəncə şəhərində fəaliyətə başlayıb. Radio ötən müddət ərzində kifayət qədər uğurlara imza atıb və dinləyici sayını artırıb. Radio qərb bölgəsində bir ilki həyata keçirərək yenilikçi missiyasını öz üzərinə götürüb. Həm yaradıcı, həm də texniki imkanları ilə dövrün inkişaf dinamikasının tələblərinə cavab verməyə qadirdir. “Kəpəz” FM Azərspace 1 peyki vasitəsilə Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanır. Radioda illərdir ki, musiqili, əyləncəli proqramlar dinləyicilərin zövqünü oxşayır. Gün ərzində dünya və ölkə gündəmində baş verən ən son xəbərlər “Kəpəz Xəbər”də diqqətə çatdırılır. Bir sözlə, “Kəpəz” radiosu yayıma başladığı gündən etibarən dinləyicilərdə musiqi zövqünü formalaşdırmaq, maarifləndirmək missiyasını öz üzərinə götürüb. Və bu yolda inamla irəliləyir.