Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər.
Gənclərin hərtərəfli inkişaf etməsi, layiqli vətandaş kimi yetişməsi, onlarda xalqına vətəninə ehtiram, sevgi hisslərin aşılanması, yalnız ailəsini, valideynlərini deyil, bütövlükdə cəmiyyəti, dövləti düşündürməlidir. Bu gün həyatımızı internetsiz təsəvvür edə bilmirik. Uzaq məsafələri yaxınlaşdıran, saniyələr içərisində dünyanın istənilən yerindən baş verənləri öyrənmək imkanı yaradan internetin faydaları çoxdur. Gənclərimiz də günün çox hissəsini sosial şəbəkələrdə keçirir.
Tağıyev Seymur– “Kingsway Academy” rəhbəri: “13 yaşımda Almaniyaya getmişəm, sonraki 10 il ərzində fərqli ölkələrdə olmuşam. İtaliya, Almaniya, Türkiyə, Çexiya, Polşa, Amerika kimi ölkələrdə təhsil almışam və fərqli-fərqli kurslar keçmişəm. Çexiyada, İngiltərədə ingilis dili müəllimi olaraq fəaliyyət göstərmişəm. 5-ci sinifdən həmişə ingilis dilini öyrənməyə marağım olub. Və özümü daha da çox inkişaf etdirmək üçün universiteti də xaricdə oxudum”.
Dövlətimiz gənclərə böyük ümidlər bəsləyərək, onların inkişafı istiqamətində mühim işlər həyata keçirir.
Günay Əsgərova
- Baxış: 118