• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 03.02.2024 16:00

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.

KepezTV Player

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər. Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı cəmiyyətin əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, cəmiyyət tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib. Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndində yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndində göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər.