Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 2 Fevral - Gənclər Günü münasibətilə konsert təşkil olunub. Konsertdə klassik və müasir janrda çeşidli ifalar səslənib. Gənc musiqisevərlər xoş anlar yaşayıblar. Tədbirin sonunda ötən il ərzində müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlarla təltif olunublar.
Rəşad Qarayev- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini: “Bu gün əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan "Gənclər Günü respublikamızın bütün rayon və şəhərlərində olduğu kimi, doğma Gəncəmizdə də təmtəraqla qeyd edilməkdədir. Özünüz də şahidsiniz ki, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Regional Təhsil İdarəsi, Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə mötəbər tədbir hazırlanmışdır. Məqsədimiz, il ərzində fərqlənən gənclərimizi mükafatlandırmaq, onları irəli çəkməkdir. Eyni zamanda bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün gözəl bir konsert proqramı təşkil edilmişdir”.
Xuraman Ağayeva- təltif olunan gənc: “2 Fevral - Gənclər Günü" münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Gənclik enerjidir, gənclik innovativlikdir, gözəllikdir. Və bu gün mən fəxri fərman alanlar sırasındayam və bunun üçün çox xoşbəxtəm”.
Ramin Paşayev
- Baxış: 191