• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 02.02.2024 19:36

Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir

KepezTV Player

Qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Azərbaycanlı nümayəndələr Türkiyə milli müdafiə naziri  Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər. Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarında olan azərbaycanlı nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib.