• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 02.02.2024 19:31

Azərbaycan Ordusu gənclərinin forumu keçirilib

KepezTV Player

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. Ulu Öndər Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışılıb. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Forum iştirakçıları Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarət ediblər.