• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 02.02.2024 16:16

Ceyhun Bayramov: Aİ-nin Ermənistana hərbi yardımı Cənubi Qafqazda sülhə xələl gətirəcək

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Çex Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb. Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib. Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Avropa İttifaqı və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini deyib.