• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 02.02.2024 13:19

36 min ha ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

KepezTV Player

Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ümumilikdə 36 min ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib. Onlardan 10 400-ü piyada, 3 300-ü tank əleyhinə mina, 11 850-i partlamamış döyüş sursatı olub. Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.