• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 02.02.2024 12:41

Meyvə-tərəvəz mağazası yanıb

Sumqayıtda Əşya bazarı adlanan ərazidə yanğın qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb. Daha sonra alov mağazanın qarşısında park halında olan “Mercedes" markalı yük avtomobilinə keçib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Fakt araşdırılır.