• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 02.02.2024 09:31

TÜRKSOY Fransada Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını pisləyib

KepezTV Player

TÜRKSOY olaraq Azərbaycan ədəbiyyatının məşhur siması Xurşidbanu Natəvanın heykəlinin Fransada vandalizmə məruz qalması dərin kədər hissi ilə qarşılandı. Bu sözlər TÜRKSOY-un bəyanatında yer alıb. "Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətə qarşı hücumdur. Bu mənfur hücumu pisləyir, cinayətkarların cəzalandırılacağına və bir daha belə hücumların baş verməyəcəyinə ümid edirik”, - deyə bəyanatda vurğulanıb.