Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib. Qayda Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiq olunub. Prezidentin digər fərmanı “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqındadır.
- Baxış: 124