• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 01.02.2024 08:50

Bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər

KepezTV Player

Bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər. Bu ölkələrdən biri də Fransadır. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə bildirib. Sahibə Qafarovanın sözlərinə görə, Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir. Spiker bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.