• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 31.01.2024 15:36

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin pisləyib

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib. "Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib?! Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir. Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.", - deyə bayanatda qeyd olunub.