KepezTV Player
Romanın “Piazza dei Santi Apostoli” meydanında İtaliyada yaşayan Azərbaycan icmasının dinc etiraz aksiyası keçirilib. Aksiyada Ermənistan tərəfinin Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi, regionda sülhə əngəl törətməsi, mina xəritələrini Azərbaycana təhvil verməməsi, beynəlxalq hüququn tələblərini və insan haqlarını pozması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edilib. “Biz sülh istəyirik!”, “Mina terrorunu dayandırın!” kimi şüarları nümayiş etdirən iştirakçılar beynəlxalq birlikdən ədalət tələb ediblər. Hazırda Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində eyni xarakterli silsilə tədbir və aksiyalar keçirir.
- Baxış: 164