Binəqədidə baş verən partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub. Baş Prokurorluğun məlumatınıa görə, istintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. Toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilən ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, faktiki idarəçi Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq onlar həbs ediliblər. Qeyd edək ki, yanvarın 15-də baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
- Baxış: 154