• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 30.01.2024 11:58

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ili başlayıb

KepezTV Player

Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb. Ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlər tam həcmdə icra olunub. Yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldiləcək