• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 26.01.2024 10:07

Milli kimlik və milli düşüncələr

Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, tarixi və vətənpərvərliyi özündə birləşdirir. Hər bir vətəndaşın bu təsəvvürləri, bilikləri düzgün qavraması və mənimsəməsi olduqca vacibdir. 

Müasir anlamda milli dövlətlərin mövcudluğu kimlik məsələsinə yeni məzmun verir. Əvvəllər kimlik daha çox etnik mənsubluq və coğrafi məkan kontekstində dərk edilirdisə, artıq bu anlayışlar keçərli sayılmır. Ümumi səviyyədə bu dəyişiklik hələ keçən əsrin ortalarında Qərb alimləri tərəfindən nəzəri olaraq konkret ifadə edilmişdi. Burada əsas fikir dil, həyat tərzi, mədəni xarakteristikalar kimi dəyərlərin daha çox əhəmiyyət kəsb etməsindən ibarətdir.

Bəxtiyar Məhərəmmov– Gəncə Dövlət Universitetində Ümumi Tarix kafedrasının müəllimi: “Xalq, bir neçə xalqın, etnosun müəyyən ərazidə eyni mədəni dəyərlər əsasında tarixən formalaşdığı bir insan cəmiyyətidir. Milliyət isə artıq insanın seçimidir. Yani milliyət o zaman olur ki, sən şüurlu seçim edirsən. Mən hansı cəmiyyətin üzvüyəm. Etnik düşüncə isə, adətən qan bağı, tayfa düşüncəsi sistemində formalaşır. Milliyət düşüncəsində isə bu başqa cürdür. Millət, vətən, ümumi problemlərimiz, sosial- siyasi problemlərimiz, hüquq anlayışlarıdır”.

Tarixi inkişafın bütün dövrlərində insanlar ictimai-mənəvi tendensiyanın həyat, yaşamaq üçün xeyirli çalarlarını axtarmağa və əsaslandırmağa səy göstəriblər. Bu səy nəticəsində onların psixoloji xarakteri və mənəvi dəyərlərə subyektiv münasibəti formalaşıb.

Günay  Əsgərova

ƏTRAFLI...