KepezTV Player
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı təqsirləndirilən şəxsin hökmü yaxın günlərdə veriləcək. Bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini - İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi bildirib. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
- Baxış: 155