Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər.
- Baxış: 114