• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 29.01.2024 15:52

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib. Cari tədris ilində əsas məqsəd bölmələrin idarəedilməsində operativliyin artırılması, onlar arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən bölmələr təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.