Deyirlər ki, hər şey ailədən başlayır. Hansı düşüncədə, yaxud da necə xarakterdə böyüyürüksə, o cür də davam edirik. Ancaq bəzən də cəmiyyətin qabağımıza qoyduğu tələblərlə razılaşmaq məcburiyyətində qalırıq.
Bəzən sadəcə dayanırsan və fikirləşirsən, mən nəyə görə mövcud olduğum cəmiyyətə uyğunlaşa bilmirəm. Görəsən harada səhv edirəm, yaxud necə etməliyəm ki, hər kəsin düşündüyü həmin ideal gənc olum. Kitab oxuyum, ya araşdırma edim? Hər kəs fərqli üsullar vastəsilə özünü inkişaf etdirməyin yollarını axtarır. Mütəxəssislərin fikrincə isə bir gəncin cəmiyyətdə özünə yer tapa bilməməsi onun ailə münasibətlərindən də asılıdır. Gəlin gənc müsahibimizin bu mövzu haqqında fikirlərini öyrənək.
Fərid Mahmudov- aktiv gənc: “Düşüncə tərzimiz uşaq yaşlarımızdan aldığımız tərbiyəyə görə dəyişir. Artıq uşaq yaşlarından gəncə necə ailə tərbiyəsi verilirsə, ömrünün sonunacan o insan o cür davranır. Cəmiyyət içərisində özünü yaxşı apara bilməməsi və yaxud da nalayiq ifadələrdən istifadə etməsi onun artıq necə bir ailədə böyüdüyünü sübut edir”.
Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib. Dövlətimiz tərəfindən təşkil olunan layihələr və təşkilatlar onların inkişafı üçün vacibdir. Bəs cəmiyyət üçün ideal gənc necə olmalıdır?
Fərid Mahmudov- aktiv gənc: “Mütəxəssislərin fikrinə görə, bir ailədə uşaqların hər birinə eyni qayğı göstərilməlidir. Bunun əksi olduqda digər uşaq, hansı ki qayğıdan, sevgidən uzaq qalıb, onda paxıllıq, ailəyə qarşı sevgisizlik formalaşacaq. Belə olduqda da, artıq uşaq ətrafındakılara da aqressiv davranacaq”.
Elə müsahibimiz də dediyi kimi bir gəncin formalaşmasında ailədən çox şey asılıdır. Əgər gənc cəmiyyətə adaptasiya ola bilmirsə, başlıca səbəbi ailədaxili fikir ayrılıqları ola bilər.
Fərid Mahmudov- aktiv gənc: “Həmin gənclər həyatlarıda o qədər də şanslı deyillər. İstər ailə, istərsə də dost ortamında həmin insanlar seçilirlər. Özünəqapanıq, aqressiv halları ilə hətta insanları özlərindən uzaqlaşdırırlar. Ona görə də uşaq vaxtlarından normal tərbiyə ilə nəyi harda və necə etmək lazımdır ailədə öyrədilsin. Belə olduğu təqdirdə bütün problemlər həll olunar”.
Lalə Bağırova
- Baxış: 142