• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 28.01.2024 19:22

Şəhid Hacıəli Qasımov dəfn olunub

KepezTV Player

Ötən il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və serebral koma diaqnozu ilə uzun zamandır hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərin səylərinə baxmayaraq şəhid olub. Ən ali zirvəyə ucalan Hacıəli Qasımov Tovuzda dəfn edilib. Şəhid hərbçimiz doğulub boya-başa çatdığı Qaraxanlı kəndində torpağa tapşırılıb. Mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Hacıəli Qasımov həm də Vətən müharibəsi iştirakçısıdır. O, torpaqlarımızın azad olunması uğrunda medallarla təltif olunub. Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin nəzdində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 19-da başlayan və cəmi 24 saata yaxın davam edən lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaətlərə görə üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib.