• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 26.01.2024 15:52

Bu il 7 min hektardan çox ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

Bu il azad olunan ərazilərdə 7033.6 hektar ərazinin partlamamış mina və hərbi sursatdan təmizlənməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi Rahib Quliyevin sözlərinə görə, keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5426.5 hektar ərazi sifariş olunub. Bunun da 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetləri üzrə həmin ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi planlaşdırılıb.