• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 25.01.2024 19:41

Növbəti sınaq ərəfəsində

KepezTV Player

"Gəncə" Basketbol Klubu ölkə çempionatının ikinci dövrəsində 3-cü oyununa çıxacaq. İkinci yarının ilk iki görüşündə qələbə qazanmaqda çətinlik çəkən komandanın işləri bir az da çətinləşib. Belə ki, 11-ci turda “Xəzri” ilə oyunda komandanın aparıcı oyunçularından biri Kenyon Dulinq zədələnib. Basketbolçunun zədəsi ciddi olduğundan, o, artıq komandaya dəstək ola bilməyəcək və müalicəsini davam etdirmək üçün yaxın zamanda Birləşmiş Ştatlara yollanacaq. Baş məşqçi Bedri Meriçin sözlərinə görə, komandaya yeni basketbolçu qatılmayacaq və təmsilçimiz bu heyətlə mübarizəni davam etdirəcək.

Bedri Meriç- baş məşqçi: “Hazırki kollektivlə davam edəcəyik. Çünki hal-hazırda yaxşı yeni oyunçu tapmaq çox çətindir. Növbəti matçımız NTD-yə qarşıdır. Turnir cədvəlində yüksək pillədə olan kollektivdir. Çətin vaxtlar yaşayırıq. Sona qədər mübarizə aparacağıq. Komanda olaraq əlimizdən gələni edəcəyik. Öz meydanımızda yaxşı oyun nümayiş etdiririk. Matçın sonuna qədər başa-baş mübarizə aparırıq. Lakin nəticə almaqda çətinlik çəkirik. Düşünürəm, bu dəfə nəticə əldə edəcəyik və qazanacağıq”.

Komandanın amerikalı legioneri Culius Mur da qarşıdakı oyuna ümidlə baxır. Basketbolçu Gəncə azakeşlərini sevindirməyin zamanının yetişdiyini dedi.

Culius Mur- basketbolçu: “Həyəcanla növbəti oyunu gözləyirik. Komanda yoldaşlarım həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazırdırlar. Komandamıza xal lazımdır. Qələbə qazanmaq istəyirik. Kenyonun başına gələn uğursuzluqdur. O, çox güclü idmançıdır. O, zədəsini bərpa edəcək və karyerasına davam edəcək”.

Gəncə komandası turnir cədvəlində aktivindəki 14 xalla 9-cü pillədə mövqe tutub. NTD İndiqo 20 xalla ilk üçlüyü qapayır. Tərəflər arasında görüş Gəncə Olimpiya İdman Kompleksində yanvarın 27-də saat 14:00-da start götürəcək.

Ramin Paşayev