"Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı". Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd edilib ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə bu ölkənin sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışır, o biri tərəfdən isə yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edir. Bu qəbuledilməzdir... Bəzi avropalı parlamentarilər ötən gün Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alan nümayəndə heyəti geniş, ətraflı bəyanat yayıb. AŞPA ilə əməkdaşlıq qeyri-müəyyən müddətə dayandırılıb. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
- Baxış: 144